Media və kommunikasiya şöbəsi media və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkili, tənzimlənməsi və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələrini təşkil etmək, əlaqələndirmək, Komitənin fəaliyyətinin mediada işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Komitə tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması işlərini yerinə yetirir. Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə müvafiq dövlət proqramları, qanunvericilik aktları və ictimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı məlumatların media vasitəsilə və digər üsullarla ictimaiyyətə çatdırılmasını təmin edir.
Şöbənin tərkibinə İnformasiya texnologiyaları sektoru daxildir.
Şöbənin 8 əməkdaşı var.
Əlaqə:
Ünvan: Bakı, Səbail rayonu, Əhməd Cavad, 16 AZ 1001
Telefon: (012) 437-31-15
Mob: +994 50 288-41-25
+994 51 770-42-58
Elektron poçt:
y.aliyeva@scara.gov.az
press@scara.gov.az
dk-public@scara.gov.az
Sosial şəbəkələrdə hesablar:
Facebook: https://www.facebook.com/qarakilseli
Linkedin: https://www.linkedin.com/in/yaqut-aliyeva-01778470/