Faydalı /
SənədlərAzərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərə müraciət üçün tələb olunan ərizə və ərizəyə əlavə edilməli sənədlərin siyahısı
Dini qurumun dövlət qeydiyyatı, təsis sənədlərində dəyişiklik və dövlət qeydiyyatının ləğvi ilə əlaqədar tələb olunan sənədlər:
Dini icmanın dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər:
• azı 50 nəfər təsisçi tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə;
• dini icmanın təsisçiləri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə;
• dini icmanın təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (təsis protokolu);
• dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
• dini icmanın hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;
• dini icmanın təsisçilərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;
• dini təlimin əsasları, o cümlədən, həmin dinin və icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar.
(Ərizə) (Ərizəyə 1 №-li əlavə).
Digər dini qurumların (dini mərkəzlərin və dini idarələrin) dövlət qeydiyyatına alınması ilə əlaqədar tələb olunan sənədlər:
• təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə;
• dini qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (təsis protokolu);
• dini qurumun təsisçiləri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə;
• dini qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;
• dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
• dini qurumun təsisçilərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri.
Dini qurumun təsis sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına alınması İlə əlaqədar tələb olunan sənədlər:
Sədr dəyişikliyi üçün tələb olunan sənədlər:
• dini icmanın təsis sənədlərində dəyişikliklərin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (protokol);
• dini icmanın sədri öz xahişi ilə vəzifəsindən istefa verdikdə onun ərizəsi;
• dini icmanın sədri vəfat etdikdə ölüm haqqında şəhadətnamənin surəti;
• dini icmanın sədri seçilmiş şəxsin ərizəsi;
• nizamnaməyə edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə).
Təsisçi dəyişikliyi üçün tələb olunan sənədlər:
• dini icmanın təsis sənədlərində dəyişikliklərin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (protokol);
• təsisçi öz istəyi ilə təsisçilikdən çıxdıqda, onun ərizəsi;
• təsisçi vəfat etdikdə ölüm haqqında şəhadətnamənin surəti;
• təsisçi (təsisçilər) əlavə edildikdə, yeni təsisçinin (təsisçilərin) ərizəsi;
• təsisçi (təsisçilər) əlavə edildikdə, yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənədin surəti.
Nizamnamə dəyişikliyi üçün tələb olunan sənədlər:
• dini icmanın təsis sənədlərində dəyişikliklərin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (protokol);
• dini icmanın hüquqi ünvanı dəyişdikdə yeni hüquqi ünvan haqqında arayış;
• qurumun adı, qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyat orqanının adı, nizamnaməyə edilən dəyişikliklərin və ya əlavələrin məzmununu və tarixini özündə əks etdirən sənəd (2 nüsxədə);
• yeni redaksiyada nizamnamə (2 nüsxədə);
Dini qurumun ləğv edilməsi ilə əlaqədar tələb olunan sənədlər:
• dini icmanın təsisçilərinin və ya icma sədrinin ərizəsi;
• dini icmanın təsisçilərinin ləğvetmə qərarı (protokol);
• Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd;
• dini qurumun ləğv edilməsi ilə bağlı təhvil-təslim aktı (hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin əsli, dini qurumun möhürü), (Sənədlər itirilibsə Yerli polis idarəsinin Axratış şöbəsindən sənəd gətirilir);
• Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının son vergi yoxlamasının nəticələri barədə məlumat (vergidən arayış); .
Dini məzmunlu materiallara nəzarət markalarının verilməsi ilə bağlı tələb olunan sənədlər:
1. Ərizəçi fiziki şəxs olduqda:
· ərizə;
· şəxsiyyətini təsdiq edən sənədin surəti;
2. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda:
· ərizə;
· hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı;
3. Müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə:
· ərizə;
· şəxsiyyətini təsdiq edən sənədin surəti;
· vəkalətnamə haqqında məlumat;
4. Ərizəçi fərdi sahibkar olduqda:
· ərizə;
· şəxsiyyəti təsdiq edən sənədin surəti;
· vergi uçotuna alınması haqqında şəhadətnamə, (VÖEN məlumatları);
· dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılıq məktubunun surəti;
· dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının nüsxələrinin nümunəsi (“siqnal nüsxə”).
· Ərizəçi məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə bir ədədi üçün 0.2 qəpik olmaqla Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilmiş vəsaitin qəbzi və ya onun sürəti.
Dini məzmunlu materialların istehsal, idxal, ixracı və yayılmasına razılığın verilməsi ilə əlaqədar tələb olunan sənədlər:
Ərizəçi fiziki şəxs olduqda:
• ərizə;
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda:
• ərizə;
• hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə:
• ərizə;
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• Vəkalətnamə haqqında məlumat;
Ərizəçi fərdi sahibkar olduqda:
• ərizə;
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• dövlət reyestrindən çıxarışın surəti;
• vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə.
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi üçün tələb olunan sənədlər:
Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməlidir:
• Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
• Tərcümeyi-hal;
• Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
• Sağlamlıq haqqında arayış;
• Narkoloji dispanserdən arayış;
• Ruhi-əsəb dispanserindən arayış;
• Məhkumluq barədə arayış;
• Foto (3x4) (4 ədəd);
• Ərizə.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Din xadimlərinin attestasiyası üçün tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
• Tərcümeyi-hal;
• Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
• Sağlamlıq haqqında arayış;
• Narkoloji dispanserdən arayış;
• Ruhi-əsəb dispanserindən arayış;
• Məhkumluq barədə arayış;
• Foto (3x4) (4 ədəd);
• Ərizə.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Dini məzmunlu materialların ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə bağlı sənədlərin qəbulu ilə əlaqədar tələb olunan sənədlər:
1. Ərizəçi fiziki şəxs olduqda:
· ərizə;
· şəxsiyyəti təsdiq edən sənədin surəti;
· ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
· ərizəçinin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmasını təsdiq edən şəhadətnamə;
2. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda:
· ərizə;
· dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
· hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
· ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
3. Müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə:
· ərizə;
· şəxsiyyəti təsdiq edən sənədin surəti;
· vəkalətnamə haqqında məlumatlar;
· ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində sahibinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
4. Ərizəçi fərdi sahibkar olduqda:
· ərizə;
· şəxsiyyəti təsdiq edən sənədin surəti;
· ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
· ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti.