İnformasiya texnologiyaları sektoru Dövlət Komitəsinin server avadanlıqlarının fasiləsiz işini və iş prosesində ortaya çıxan nasazlıqların dərhal aradan qaldırılmasını təmin edir, server avadanlıqlarının və kompüterlərin diaqnostikasını aparır, Dövlət Komitəsinin lokal şəbəkəsini təşkil edir və bununla əlaqədar həyata keçirilən tədbirlərdə iştirak edir.
Eyni zamanda informasiya və avadanlıq sistemlərinin istismarı və istifadəsi üzrə metodiki göstərişlərin, normativ materialların və təlimatların layihələrini hazırlayır, İKT siyasəti ilə təsdiqlənmiş proqram təminatının quraşdırılması və konfiqurasiyasını həyata keçirir.