Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

AMİN / 

Haqqında

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yaradılan AMIN (Azerbaijan Multicultural Information Network) vahid elektron xidmətlər portalı dini sahəyə aid reyestrdir.

Portal dini qurumlarla işin təkmilləşdirilməsi ilə yanaşı, vətəndaşlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki qurumlar barədə məlumatlara və xidmətlərə real vaxt rejimində operativ çıxış imkanı verir.

AMIN portalı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər və elektron məlumatlar sistemi olmaqla 2 hissədən ibarətdir.

Vətəndaşlar portal vasitəsilə dini qurumların dövlət qeydiyyatı, din xadimlərinin müsahibədə iştirakı,  attestasiyası üçün sənədlərin qəbulu, dini məzmunlu materialların istehsal, idxal, ixrac edilməsi və yayılmasına razılığın verilməsi, dini məzmunlu materialların ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması, dini məzmunlu materiallara nəzarət markalarının verilməsi, dini qurumun təsis sənədlərində və reyestrə alınmış faktların sonrakı dəyişiklikliyinin dövlət qeydiyyatına alınması üçün müraciətlərin qəbulu, dini qurumun ləğvi ilə bağlı müraciətlərin qəbulu, Mənəvi Dəyərlərin Təbliği Fonduna layihələrin qəbulu üzrə elektron xidmətlərdən faydalana bilərlər. Elektron məlumatlar sistemi isə vətəndaşlara dinşünaslıq ekspertizasından keçmiş dini təyinatlı məlumatlar, dini ibadətgahlar, dini icmalar, habelə din xadimləri barədə rəsmi məlumatları əldə etmək imkanı yaradır.