Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Komitə / 

Apellyasiya Şurası

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası (bundan sonra Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (bundan sonra – Dövlət Komitəsi) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının tərkibi:

  

Şuranın sədri:

 

Gündüz İsmayılov – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

 

Şuranın üzvləri:

 

Elşad Miraləm – Aparat rəhbəri;

Cahandar Əlifzadə – Dini məsələlər üzrə şöbənin müdiri;

Nahid Məmmədov – Ekspertiza şöbəsinin müdiri;

Aqşin Əliyev – Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri;

Vüqar Səlimov – Sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri;

Ramin Xudayev – Regionlarla iş şöbəsinin müdiri.

 

Elektron poçt ünvanı: sened@scara.gov.az