Komitə /
İctimai Şura“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şura fəaliyyət göstərir.
2025-ci il 31 yanvar tarixində keçirilən seçkilər nəticəsində İctimai şuranın 11 nəfərlik yeni tərkibi müəyyənləşib.
1. Axundova Nigar Vəli qızı – Əhməd bəy Ağaoglu Milli araşdırmalar mərkəzi İctimai Birliyinin sədri;
2. Bəhramov Cəbi Əmirvar oğlu – AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru;
3. Bünyadzadə Könül Yusif qızı – AMEA-nın müxbir üzvü, fəlsəfə elmlər doktoru, Fəlsəfə və Hüquq İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, professor;
4. Əhmədov Tural Qara oğlu – İlahiyyatçı;
5. Hüseynov Rizvan Nəcəf oğlu – Elmi tədqiqat “Qafqaz tarixi mərkəzi” İctimai Birliyinin sədri;
6. Məmmədov Fuad Teyyub oğlu – “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru;
7. Məmmədzadə İlham Ramiz oğlu – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor;
8. Məmmədova Səadət Həsən qızı – Əməkdar jurnalist;
9. Mirzəyev Ayaz Nizami oğlu – Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri;
10. Mustafayev Elnur Kərim oğlu – AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir” şöbəsinin müdiri.