Şöbə dövlət qulluğu və əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqi, dövlət qulluğu üçün kadrların müsabiqə və ya müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, əməkdaşların fəaliyyət istiqamətlərinə uyğun olaraq təlimlərə cəlb olunması, etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, əlavə təhsili, sosial müdafiəsi, kadr məlumatlarının təhlili, həmçinin dövlət qulluğu və əmək münasibətləri ilə bağlı digər məsələlər üzrə işlərin təşkili və tənzimlənməsini həyata keçir.
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının icrasını təmin edir, Dövlət Komitəsinin fəaliyyət istiqamətinə uyğun olaraq normativ hüquqi sənədlərin və məktubların hazırlanmasında iştirak edir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Dövlət qulluğu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununlarını və digər qanunları, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nı, “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Komitəsinin Kollegiya qərarlarını, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını rəhbər tutur.
Şöbənin tərkibində Hüquq sektoru fəaliyyət göstərir.
Şöbənin 9 əməkdaşı var.