Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.03.2022 / Xəbərlər

Şəkidə maarifləndirmə tədbiri keçirilib

Martın 17-də Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya: səbəbləri və  ona qarşı mübarizə yolları” mövzusunda tədbir  keçirilib.

Tədbirdə  DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, müəllimlər və din xadimləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanin məqsəd və amalı olmalıdır. Vurğulanıb ki, ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə layiqincə mübarizə aparmalıdır.  O da vurğulanıb ki, bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə  işləri aparılmalıdır.

Sonda  tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.