Şəkidə maarifləndirmə tədbiri keçirilib
18 mart 2022, 02:59
Martın 17-də Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, müəllimlər və din xadimləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanin məqsəd və amalı olmalıdır. Vurğulanıb ki, ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə layiqincə mübarizə aparmalıdır. O da vurğulanıb ki, bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.