Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2022 / Xəbərlər

Oğuzda İnsan hüquqları aylığı çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan  “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində iyunun 7-də Oğuzda  Dini  Qurumlarla  İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi  üzrə  şöbəsi,  Oğuz  Rayon  Gənclər və İdman  İdarəsi (Gİİ), Şəki-Zaqatala  Regional  Təhsil İdarəsinin  birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda  tədbir  keçirilib.

Tədbirdə DQİDK - nın əməkdaşı  Samir Salehov, Gİİ rəisinin müavini Şaiq Rüstəmov, Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev, müəllimlər və şagirdlər  iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, bugün, həqiqətən də, hüquqi  dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına, öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.