Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.10.2021 / Xəbərlər

“Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda onlayn formatda seminar keçirilib

Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda  onlayn formatda  seminar keçirilib. 

Seminarda DQİDK-nın İmişli   bölgəsi üzrə şöbəsinin  əməkdaşı  Elvin İbrahimov,  həmçinin  Sabirabad,  Saatlı, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.  

Çıxışlar zamanı  bildirilib ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq mənəvi dəyərlər sisteminə malikdir.

Tədbirin sonunda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.   .