Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda onlayn formatda seminar keçirilib.
Seminarda DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, həmçinin Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq mənəvi dəyərlər sisteminə malikdir.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. .