Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.08.2022 / Xəbərlər

Kürdəmirdə "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusunda tədbir keçirilib

Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Tarix-Diyarşünaslıq Muzeyində "Sülh Aylığı" çərçivəsində "Sülh və birgəyaşayışın əsas şərtləri"  mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, Kürdəmir RİH-nin nümayəndəsi Daşqın Rüstəmov və mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, insanlar arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir.

Tədbir müzakirələrlə davam edib.