Kürdəmirdə "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusunda tədbir keçirilib
23 avqust 2022, 06:27
Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Tarix-Diyarşünaslıq Muzeyində "Sülh Aylığı" çərçivəsində "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, Kürdəmir RİH-nin nümayəndəsi Daşqın Rüstəmov və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, insanlar arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir.
Tədbir müzakirələrlə davam edib.