Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.04.2022 / Xəbərlər

İmişlidə “Aprel döyüşləri: böyük Zəfərin müqəddiməsi” mövzusunda tədbir keçirilib

Aprelin 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, İmişli rayon Gənclər və İdman İdarəsi, Gənclər  və İnkişaf  Karyera  Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri: böyük Zəfərin müqəddiməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, İmişli rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Fərəcov,  Gənclər  və İnkişaf  Karyera  Mərkəzinin İmişli rayon nümayəndəliyinin  direktoru  İlikin Quluzadə, İmişli  şəhər ümumtəhsil məktəbinin şagirdləri  iştirak ediblər .

Çıxışlar zamanı qeyd edilib ki,  Aprel döyüşləri xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb. Vurğulanıb ki, bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib.

Sonda   “Aprel döyüşləri  tariximizin şanlı səhifəsidir” adlı sənədli film  nümayiş etdirilib.