Aprelin 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, İmişli rayon Gənclər və İdman İdarəsi, Gənclər və İnkişaf Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri: böyük Zəfərin müqəddiməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, İmişli rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Fərəcov, Gənclər və İnkişaf Karyera Mərkəzinin İmişli rayon nümayəndəliyinin direktoru İlikin Quluzadə, İmişli şəhər ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər .
Çıxışlar zamanı qeyd edilib ki, Aprel döyüşləri xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb. Vurğulanıb ki, bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib.
Sonda “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı sənədli film nümayiş etdirilib.