Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü martın 30-da 2 və 17 saylı cəzaçəkmə müəssisələrində baş tutub.
Keçirilən seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda müəssisələrə DQİDK-nın sifarişi ilə hazırlanmış nəşrlər hədiyyə edilib.

