Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib
31 mart 2022, 02:11

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü martın 30-da 2 və 17 saylı cəzaçəkmə müəssisələrində baş tutub.

Keçirilən seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda müəssisələrə DQİDK-nın sifarişi ilə hazırlanmış nəşrlər hədiyyə edilib.