Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.04.2025 / Bölgə xəbərləri

Şəmkirdə "Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı" mövzusu müzakirə olunub

Aprelin 30-da Şəmkir rayon Çaparlı kənd Sərdar Məmmədov adına tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, a
ilə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb.