Şəmkirdə "Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı" mövzusu müzakirə olunub
30 aprel 2025, 05:01
Aprelin 30-da Şəmkir rayon Çaparlı kənd Sərdar Məmmədov adına tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır.
Sonda iştirakçıların sualları cavablandırılıb.