Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.06.2024 / Bölgə xəbərləri

Respublikamızın regionlarında maarifləndirmə tədbirləri davam etdirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri və aidiyyəti qurumların birgə təşkilatıçılığı ilə regionlarda həyata keçirilən dini maarifləndirmə tədbirləri davam etdirilir. 

İyunun 5-də Bərdə rayonu Şəhid Telman Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbində “Dini radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, müvafiq qurumların nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.

***

İyunun 6-da Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbində "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, müvafiq qurumların nümayəndələri, din xadimləri, müəllimlər və şagirdlər qatılıblar. 

***

İyunun 6-da Gəncə şəhərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Elmar Fətəliyev, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

İyunun 6-da Beyləqan Rayon Peşə liseyi ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Abbaslı, Cəfərsadiq Cəfərli, din xadimi Səbuhi İbadov, müəllimlər və gənclər iştirak ediblər.

***

 

İyunun 6-da Ucar şəhər 6 saylı tam orta məktəbində "Yad təsirlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Polis Şöbəsinin rəisi müavini Qoşqar Kazımov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

İyunun 6-da Kürdəmir rayonunda "İnsan Hüquqları Aylığı" çərçivəsində "Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, müvafiq qurumların nümayəndələri və  gənclər iştirak ediblər.

Çıxışlarda dini radikalizm və ekstremizmin mahiyyəti barədə məlumat verilib. Dini radikalizmlə mübarizə, eyni zamanda milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən danışılıb.