Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri və aidiyyəti qurumların birgə təşkilatıçılığı ilə regionlarda həyata keçirilən dini maarifləndirmə tədbirləri davam etdirilir.
İyunun 5-də Bərdə rayonu Şəhid Telman Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbində “Dini radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, müvafiq qurumların nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.
***
İyunun 6-da Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbində "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, müvafiq qurumların nümayəndələri, din xadimləri, müəllimlər və şagirdlər qatılıblar.
***
İyunun 6-da Gəncə şəhərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Elmar Fətəliyev, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
İyunun 6-da Beyləqan Rayon Peşə liseyi ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Abbaslı, Cəfərsadiq Cəfərli, din xadimi Səbuhi İbadov, müəllimlər və gənclər iştirak ediblər.
***
İyunun 6-da Ucar şəhər 6 saylı tam orta məktəbində "Yad təsirlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Polis Şöbəsinin rəisi müavini Qoşqar Kazımov, müəllimlər və şagirdlər iştirak ediblər.
***
İyunun 6-da Kürdəmir rayonunda "İnsan Hüquqları Aylığı" çərçivəsində "Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, müvafiq qurumların nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin mahiyyəti barədə məlumat verilib. Dini radikalizmlə mübarizə, eyni zamanda milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən danışılıb.