Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.08.2023 / Bölgə xəbərləri

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Gənclər və İdman sektoru,  Kərimli kənd bələdiyyəsi və Kərimli kənd dini icmasının birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və  gənclərə pisixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov,  Rayon Gənclər və İdman sektorunun müdiri Şaiq Rüstəmov,  kənd bələdiyyəsinin sədri Vüqar İbrahimov  və  dini icmanın üzvləri və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun önəmi  və aktuallığından bəhs edilib,  həmçinin indiki və gələcək nəsillər üçün törədə biləcəyi fəsadlar vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.