Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Gənclər və İdman sektoru, Kərimli kənd bələdiyyəsi və Kərimli kənd dini icmasının birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə pisixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Rayon Gənclər və İdman sektorunun müdiri Şaiq Rüstəmov, kənd bələdiyyəsinin sədri Vüqar İbrahimov və dini icmanın üzvləri və kənd sakinləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun önəmi və aktuallığından bəhs edilib, həmçinin indiki və gələcək nəsillər üçün törədə biləcəyi fəsadlar vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.