Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.01.2025 / Bölgə xəbərləri

Neftçalada maarifləndirmə tədbiri keçirilib

Yanvarın 13-də Neftçala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə "Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur" mövzusunda Neftçala rayonu “Böyük Oriyat” məscidində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzu barədə ətraflı danışılıb. Maarifləndirmə tədbirlərinin önəminə toxunulub, iştirakçıların sualları cavablandırılıb.