Neftçalada maarifləndirmə tədbiri keçirilib
14 yanvar 2025, 05:51
Yanvarın 13-də Neftçala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə "Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur" mövzusunda Neftçala rayonu “Böyük Oriyat” məscidində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda mövzu barədə ətraflı danışılıb. Maarifləndirmə tədbirlərinin önəminə toxunulub, iştirakçıların sualları cavablandırılıb.