Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.08.2023 / Bölgə xəbərləri

Gəncədəki Daxili Qoşunların hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daxili Qoşunların Gəncədəki N saylı hərbi hissəsində "İntihar və özünəxəsarət İslam dinində qəbuledilməzdir" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, "İmamzadə ziyarətgah" kompleksi məscidinin imamı İlham Abbasov və N saylı hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak edib.

Çıxışlarda mövzu ilə bağlı ətraflı məlumat verilib. Hərbçilərdə sağlam düşüncə tərzinin formalaşdırılmasının vacibliyindən bəhs edilib.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Şəhadət” filmi nümayiş olunub.