Gəncədəki Daxili Qoşunların hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib
10 avqust 2023, 08:55
Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daxili Qoşunların Gəncədəki N saylı hərbi hissəsində "İntihar və özünəxəsarət İslam dinində qəbuledilməzdir" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, "İmamzadə ziyarətgah" kompleksi məscidinin imamı İlham Abbasov və N saylı hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak edib.
Çıxışlarda mövzu ilə bağlı ətraflı məlumat verilib. Hərbçilərdə sağlam düşüncə tərzinin formalaşdırılmasının vacibliyindən bəhs edilib.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Şəhadət” filmi nümayiş olunub.