Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.10.2023 / Bölgə xəbərləri

Gəncədə “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi” mövzusu müzakirə olunub

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər İ.Qayıbov adına 1 saylı tam orta məktəbində “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi”  mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, müəllimlər  və şagirdlər iştirak ediblər. 
Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin mühüm rol oynadığı vurğulanıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.