Gəncədə “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi” mövzusu müzakirə olunub
04 oktyabr 2023, 02:07
Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər İ.Qayıbov adına 1 saylı tam orta məktəbində “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin mühüm rol oynadığı vurğulanıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.