Gəncədə və Füzulidə maarifləndirmə tədbirləri keçirilib
Regionlarda dini maarifləndirmə tədbirləri davam edir.
Yanvarın 30-da Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İmamzadə Ziyarətgah” dini kompleksində “Narkomanlığa qarşı mübarizədə dini və milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Tahir Abbasov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.
***
Daha bir maarifləndirmə tədbiri yanvarın 29-da Füzuli rayonu, Horadiz şəhəri “Əhli-Beyt” məscidində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda baş tutub. Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.
Çıxışlarda gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanıb. Onların milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən bəhs olunub.
Hər iki tədbir müzakirələrlə davam edib.

_1024x768_31-01-2024_11-10-47.jpg)