Gəncədə və Füzulidə maarifləndirmə tədbirləri keçirilib
31 yanvar 2024, 03:08

Regionlarda dini maarifləndirmə tədbirləri davam edir.

Yanvarın 30-da Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  “İmamzadə Ziyarətgah” dini kompleksində “Narkomanlığa qarşı mübarizədə dini və milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin  səlahiyyətli nümayəndəsi Tahir Abbasov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.

***

Daha bir maarifləndirmə tədbiri yanvarın 29-da Füzuli rayonu, Horadiz şəhəri “Əhli-Beyt” məscidində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda baş tutub. Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.

 

Çıxışlarda gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanıb. Onların milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən bəhs olunub. 

Hər iki tədbir müzakirələrlə davam edib.