Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2021 / Alban abidələri

Sadınlar məbədi, Sadınlar kəndi

Sadınlar kəndinin mərkəzində yerləşən Sadınlar alban məbədinin içəri hissəsində vaxtilə alban dövrünə aid kitabələr mövcud olsa da, hazırda bu kitabələr yox edilmişdir. Məbədin daşları üzərində alban xaç təsvirləri həkk olunmuşdur.

Məbədin Şərq hissəsində günəş və insan təsvirli qədim daşlar var. Abidənin ölçüsü 8,40x6,10 m-dir. Abidənin inşaat texnikası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yerli pud daşlar və əhəng məhlulu hörgüsünə əsaslanır. Ermənistan hökumətinin qərarı ilə 2006-ci ildən bu abidəyə də qanunsuz olaraq erməni kilsəsi statusu vermişdir.