Sadınlar məbədi, Sadınlar kəndi
24 oktyabr 2021, 09:35
Sadınlar kəndinin mərkəzində yerləşən Sadınlar alban məbədinin içəri hissəsində vaxtilə alban dövrünə aid kitabələr mövcud olsa da, hazırda bu kitabələr yox edilmişdir. Məbədin daşları üzərində alban xaç təsvirləri həkk olunmuşdur.
Məbədin Şərq hissəsində günəş və insan təsvirli qədim daşlar var. Abidənin ölçüsü 8,40x6,10 m-dir. Abidənin inşaat texnikası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yerli pud daşlar və əhəng məhlulu hörgüsünə əsaslanır. Ermənistan hökumətinin qərarı ilə 2006-ci ildən bu abidəyə də qanunsuz olaraq erməni kilsəsi statusu vermişdir.