Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Sənan Nəbi oğlu Xəlilov

Bölmə müdiri

(021) 215 21 30 dk-shirvan@scara.gov.az

Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi əhatə etdiyi regionda dini durumun təhlil edilməsi, dini qurumların fəaliyyəti ilə əlaqədar metodiki dəstəyin göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edilməsi, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimlənməsi, maarifləndirmə işlərinin təşkili və s. işləri həyata keçirir.

Bölmə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və bölmənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Bölmə Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarını əhatə edir. 

Bölmənin mərkəzi Şirvan şəhərində yerləşir. Bölmənin 4 əməkdaşı var.

 

Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 12, AZ1800