Satınalmalar sektoru mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir, dövlət satınlamaların təşkil edilməsi ilə bağlı proqnozlaşdırmanı həyata keçirir, Satınalma Komissiyasının təşkil olunmasında və fəaliyyətində iştirak edir, ehtimal qiymətin hesablanmasını həyata keçirir.
Sektor, eyni zamanda ilkin Protokolun yazılması və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender, Kotirovka və digər satınalma prosedurlarının həyata keçirilməsi məqsədilə vahid internet portalında (e-tender.gov.az) yerləşdirilməsini təmin edir, elan olunmuş müsabiqələrdə əlaqələndirici şəxs adından çıxış edir və keçirilməkdə olan müsabiqələr barəsində göndərilmiş müraciətləri cavablandırır.