Maliyyə və təchizat şöbəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatının struktur bölməsidir.
Şöbənin əsas fəaliyyət istiqaməti Dövlət Komitəsinin maliyyə-təsərrüfat işini və mühasibat uçotunu təşkil etməkdir. Şöbə Dövlət Kоmitəsi üzrə göstəricilərin proqnozlaşdırılması məqsədilə büdcə fondlarının, büdcədən kənar vəsaitlərin yaradılması və onlardan istifadə olunması ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir, qanunvericiliyə uyğun olaraq, Dövlət Kоmitəsinin büdcə və büdcədənkənar vəsaitlərinin xərclər smetasını hazırlayır və bu vəsaitlərin dövlət büdcəsində nəzərə alınmasına dair rəy və təkliflərini təqdim edir. Eyni zamanda, növbəti büdcə ili üzrə Dövlət Kоmitəsinin illik gəlir və xərclər smetasında təsdiq olunmuş göstəriciləri əsasında, müəyyən olunmuş gəlir və xərclərin aylıq və rüblük bölgüsünü tərtib edir, xərclər və gəlirlər üzrə xəzinə əməliyyatlarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini, onların uçot və qeydiyyatının aparılmasını təşkil edir.
Şöbənin tərkibində Satınalmalar sektoru fəaliyyət göstərir.
Şöbənin 13 əməkdaşı var.