Sadiq Ağalar oğlu Mirzəyev
Layihələrin idarə olunması sektorunun müdiri
(+99412) 505-78-16 project.management@scara.gov.az
Layihələrin idarə olunması sektoru dini radikalizm, ekstremizm və fanatizmin qarşısının alınması, habelə dini dözümlülüyün, multikulturalizm dəyərlərinin və milli-mənəvi dəyərlərin təbliği istiqamətində konfranslar, seminarlar və “dəyirmi masa”lar təşkil edir.
Sektor maarifləndirmə tədbirlərinin təşkili və icrası prosesinə müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlərin cəlb olunmasını, həmçinin digər dövlət qurumları ilə birgə tədbirlər planlarının hazırlanmasını və onların icrasını təmin edir.
Bununla yanaşı, Sektor layihələrin icrasına nəzarəti, layihələr üzrə hesabatların sistemləşdirilməsi və ümumiləşdirilməsini həyata keçirir, Mərkəzi Aparatın, regional bölmələrin və tabeliyində olan qurumların fəaliyyət planlarının, habelə Komitənin dövri və illik hesabatlarının hazırlanması prosesində iştirak edir.