Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Elnarə İslam qızı Kərimova

Şöbə müdiri

(+99412) 505-78-17, 505-78-19 inclusive@scara.gov.az

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İnklüziv inkişaf şöbəsi cəmiyyətin istisnasız hər bir üzvünün vicdan azadlığının və dini təhsil hüququnun təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

Şöbə ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə maarifçilik fəaliyyətinin təşkilində aktiv iştirak edir.

Eyni zamanda Şöbə respublikada dini təhsillə bağlı vəziyyəti öyrənir, dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasını təmin edir, dini təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə onlara mövcud qanun çərçivəsində kömək göstərir.

Din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görülməsi, ixtisasartırma kurslarının təşkili ilə yanaşı, xarici ölkələrin dini təhsil sahəsində təcrübəsini öyrənir, ölkədəki dini təhsil müəssisələri ilə xaricdəki dini təhsil müəssisələri arasında əlaqələrin qurulmasına dəstək verir.

Şöbə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxil olan müraciətlərə (təklif, ərizə, şikayətlərə) baxır və müvafiq tədbirlərin görülməsini təmin edir.

Şöbənin tərkibində Layihələrin idarə olunması sektoru fəaliyyət göstərir.

Şöbənin 8 əməkdaşı var.