Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Həsən Surxay oğlu Məmmədov

Bölmə müdiri

(022) 266 91 14 dk-gence@scara.gov.az

Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi əhatə etdiyi regionda dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq regionun idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Bölmə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Bölmə Gəncə, Naftalan şəhərləri və Goranboy, Samux, Göygöl, Daşkəsən rayonlarını əhatə edir.

Bölmənin mərkəzi Gəncə şəhərində yerləşir. Bölmənin 8 əməkdaşı var. 

 

Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, 420-ci otaq, AZ2000