Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Aslan Hidayət oğlu Sultanov

Dinlərarası dialoq sektor müdiri

(012) 497-02-53 confessional.affairs@scara.gov.az

Dinlərarası dialoq sektoru dini konfessiyalar arasında dialoq və əməkdaşlığın təşviqini, dini tolerantlıq, multikultural dəyərlər və mədəni müxtəlifliyin təbliğini hədəfləyən tədbirlərin təşkilini və dəstəklənməsini həyata keçirir.

Sektor, eyni zamanda, qeyri-islam dini icmalarının fəaliyyəti barədə məlumat bankının yaradılmasını, yenilənməsini, həmin dini icmalarla mütəmadi görüşlərin keçirilməsini və onların fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə kömək göstərilməsini, qeyri-islam dini icmalarının təşəbbüsü ilə təşkil edilən beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsini, həmçinin, ölkə təcrübəsinin təqdim olunmasını, dini icmalarla iş üzrə beynəlxalq təcrübənin öyrənilməsini, xarici dini qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasını, həmçinin normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasını təmin edir.

Sektor qanunvericiliklə müəyyən olunmuş qaydada daxil olan müraciətlərə (təkliflər, ərizələr, şikayətlərə) baxır və müvafiq tədbirlərin görülməsi üçün zəruri addımlar atır.