Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Fərhad Fazil oğlu Yaqubov

Daxili nəzarət sektorunun müdiri

daxilinezaret@scara.gov.az

Sektor Komitənin struktur bölmələri və qurumlarında daxili nəzarət tədbirlərini təşkil edir və həyata keçirilməsini təmin edir, Komitənin fəaliyyəti ilə bağlı analitik iş aparır, eyni zamanda struktur bölmələr və qurumlarda korrupsiyaya qarşı mübarizə üzrə tədbirlərin həyata keçirilməsini təmin edir.

Sektor, eyni zamanda Komitənin struktur bölmələri və qurumları tərəfindən xidməti fəaliyyəti tənzimləyən normativ-hüquqi, digər hüquqi akt və sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək, Komitənin Aparatında və strukturuna daxil olan qurumlarda dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına cari nəzarəti təmin etmək, həmin qaydaların pozulması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq intizam icraatının başlanılması barədə Komitənin rəhbərliyinə müraciət etmək, daxili nəzarət tədbirləri ilə bağlı daxili nəzarət proqramlarını, monitorinq planlarını tərtib etmək, müvafiq layihələr hazırlamaq, nəzarətin həyata keçirilməsinin forma və metodlarını müəyyən edib, onları təkmilləşdirmək, normativ-metodiki bazanı formalaşdırmaq, Komitənin struktur bölmələri və qurumlarında əmək intizamı və qulluq reqlamentinə əməl olunmasına dair müntəzəm olaraq monitorinqlər keçirmək, nöqsanlar aşkar edildikdə səbəb və şəraitini araşdırmaq üçün rəhbərlik qarşısında vəsatət qaldırmaq kimi səlahiyyətlərə sahibdir.