Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsi əhatə etdiyi regionda dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq regionun idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.
Bölmə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və bölmənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.
Dağlıq Şirvan regional bölməsi Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarını əhatə edir.
Bölmənin mərkəzi Şamaxı şəhərində yerləşir. Bölmənin 5 əməkdaşı var.
Ünvan: Şamaxı şəhəri, H.Əliyev prospekti 27, AZ5600.