Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
dddd

Müraciətlər / 

Sual-cavab

Sual-cavab

Kollecə "Dini mənəvi xidmət" ixtisası üzrə tələbə qəbulu prosesi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Qəbul hansı təhsil bazası üzrə aparılır?

  • Tam (11 illik) orta təhsil bazasında (cari və əvvəlki illərin məzunları)
  • Ümumi (9 illik) orta təhsil bazasında (cari və əvvəlki illərin məzunları)

Qəbul mərhələləri:

  1. İnternet üzərindən qeydiyyat:
    • Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında qeydiyyatdan keçirlər.
  2. Buraxılış (qəbul) imtahanı:
    • İmtahan DİM tərəfindən keçirilir.
    • Fənlər:
      • Azərbaycan dili
      • Riyaziyyat
      • Xarici dil
  3. Bal tələbləri:
    • 11 illik baza üzrə: Minimum 40 bal
    • 9 illik baza üzrə: Minimum 50 bal
      (Fənlər üzrə bal məhdudiyyəti yoxdur)
  4. Dini-Psixoloji Komissiya:
    • İmtahanda tələb olunan balı toplayan abituriyentlər Dini-Psixoloji Komissiya üzrə qeydiyyatdan keçərək müsahibədə iştirak edirlər.
    • Müsahibədə abituriyentin:
      • Dini bilikləri və dünyagörüşü
      • Dini mənəvi xidmət ixtisasına uyğunluğu
      • Tolerantlıq və multikulturalizm anlayışı qiymətləndirilir.
    • Müsahibədən "məqbul" alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.

Təhsil müddəti:

  • 9 illik təhsil bazasında qəbul olanlar üçün: 3 il
  • 11 illik təhsil bazasında qəbul olanlar üçün: 2 il

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən:

  • Dini qurumlar və həmçinin dini qurum olmayan digər hüquqi və fiziki şəxslər dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların istehsalı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) razılığını almalıdırlar.
  • Dini təyinatlı ədəbiyyatın çapı üçün Azərbaycanda fəaliyyət göstərən istənilən mətbəə və ya nəşriyyat orqanlarına müraciət etmək mümkündür.
  • Çap işlərinin həyata keçirilməsi məqsədilə həmin mətbəə və ya nəşriyyat DQİDK-dən razılıq məktubu almaq üçün ərizə ünvanlamalıdır.
  • Nəşr edilmiş dini ədəbiyyat üzərinə nəzarət markası yapışdırıldıqdan sonra kitab və digər materiallar yayılmaq hüququna malik olur.

 Ərizə nümunəsi əlavə olunur: Ərizə nümunəsi çap.docx

 

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən:

  • Dini qurumlar, həmçinin dini qurum olmayan digər hüquqi və fiziki şəxslər, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu digər məlumat materiallarının idxalı, ixracı və yayımı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) razılığını əldə etməlidirlər.
  • Bu razılıq olmadan yuxarıda qeyd olunan dini məzmunlu məhsulların və məlumatların idxalı, ixracı və yayımı qanunsuz sayılır.
  • Razılıq məktubu alındıqdan və dini materiallar nəzarət markası ilə markalandıqdan sonra sərbəst şəkildə yayımı və ya idxal-ixracı həyata keçirilir.

Razılıq almaq üçün nə etmək lazımdır?

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəsmi müraciət etmək lazımdır.

Müraciət ərizəsində aşağıdakı məlumatlar göstərilməlidir:

·               ərizəçinin müraciət etdiyi orqanın adı;

·         ərizəçi fiziki şəxs olduqda, onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi haqqında məlumatlar;

·               ərizə hüquqi şəxsin adından verildikdə, onun adı, olduğu yer və qeydiyyat nömrəsi;

·         ərizə şəxsin nümayəndəsi tərəfindən imzalandıqda, nümayəndənin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, habelə vəkalətnamə haqqında məlumatlar;

·                tələbin qısa məzmunu;

·               ərizəyə əlavə edilmiş sənədlərin siyahısı;

·              ərizəçinin elektron ünvanı (varsa);

·              ərizə onun tərtib edildiyi tarix göstərilməklə, ərizəçi (və ya nümayəndəsi) tərəfindən imzalanır;

·            Ərizədə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının adı, müəllifi, sayı, nəşr, idxal və ya ixrac ediləcəyi ölkə, (ölkəyə idxal və ya ixrac olunarsa, gömrük keçid məntəqəsi göstərilməlidir) elektron ünvanı, mobil nömrəsi barədə məlumatlar qeyd edilməlidir;

·               Şəxsiyyət vəsiqəsinin surəti ərizəyə əlavə edilməlidir.

 

Hüquqi şəxslər üçün:

 ·         Hüquqi şəxslər rəsmi blank vasitəsilə ünvanlanmış ərizələrində yuxarıdakı məlumatlarla yanaşı, hüquqi ünvanını, vergi ödəyicisi olduğunu təsdiq edən VÖEN nömrəsini qeyd etməlidir.

Ərizə nümunəsi əlavə olunur: ƏRİZƏ FORMASI idxal.doc

 

Məlumatlarda dəyişiklik olduqda:

  • Qeydiyyatdan keçmiş dini qurumda sonradan hər hansı məlumat və ya sənəddə dəyişiklik olarsa, bu barədə 20 gün ərzində Komitəyə məlumat verilməli və yeni sənədlər təqdim olunmalıdır.

Sədr dəyişikliyi üçün tələb olunan sənədlər:

-       Dini icmanın təsis sənədlərində dəyişikliklərin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (protokol) ;

-       Dini icma sədri öz xahişi ilə vəzifəsindən istefa verdikdə sədrin notariat qaydasında təsdiq edilmiş ərizəsi;

-       Dini icmanın sədri vəfat etdikdə ölüm haqqında şəhadətnamənin surəti;

-       Dini icmanın sədri seçilmiş şəxsin ərizəsi;

-       Nizamnaməyə edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd- 2 nüsxədə.

Təsisçi dəyişikliyi üçün tələb olunan sənədlər:

-       Dini icmanın təsis sənədlərində dəyişikliklərin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (protokol);

-       Təsisçi öz istəyi ilə təsisçilikdən çıxdıqda, onun notariat qaydasında təsdiq edilmiş ərizəsi;

-       Təsisçi vəfat etdikdə ölüm haqqında şəhadətnamənin surəti;

-       Təsisçi (təsisçilər) əlavə edildikdə, yeni təsisçinin (təsisçilərin) ərizəsi;

-       Təsisçi (təsisçilər) əlavə edildikdə, yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd.

 Nizamnamə dəyişikliyi üçün tələb olunan sənədlər:

1.    Dini icmanın təsis sənədlərində dəyişikliklərin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərar (protokol);

2.    Dini icmanın hüquqi ünvanı dəyişdikdə:

-       Yeni hüquqi ünvan haqqında arayış;

-       Nizamnaməyə edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd - 2 nüsxədə.

3.    Yeni redaksiyada nizamnamə (2 nüsxədə).

Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişiklik və ya əlavələri özündə əks etdirən qeyd olunmuş vərəqdə qurumun adı, onun qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyat orqanının adı, dəyişiklik və ya əlavələrin məzmunu, habelə dəyişiklik və ya əlavələrin qeydiyyata alındığı tarix göstərilməlidir.

Qanuni əsas:

  • “Dini etiqad azadlığı haqqında” Qanunun 12-ci maddəsinə əsasən, bütün dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilər.
  • Qeydiyyat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır.

 Dini qurum qeydiyyat üçün hara və necə müraciət etməlidir?

 Müraciət ünvanı:

  • Dini qurum qeydiyyat üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edir.

Ərizəyə əlavə olunmalı sənədlər:

  • Təsis protokolu (qurumun yaradıldığını göstərən sənəd);
  • Nizamnamə (qurumun necə işləyəcəyini göstərən əsas sənəd);
  • Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  • Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
  • Dini icmanın hüquqi ünvanını təsdiq edən sənəd;

 Bu sənədlərlə yanaşı, dini icmalar 1 №-li əlavədə göstərilən məlumatları da doldurmalıdır. Ərizə nümunə.doc

 

Qeydiyyat müddəti:

  • Qurumun qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əsasən 30 gün ərzində həyata keçirilməlidir.


Dövlət rüsumu məbləği : 15 AZN
Ödəniş üsulları : Bank vasitəsi ilə
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü və 20.4-cü maddələrinə əsasən dövlət qeydiyyatı üçün – 15 manat, yenidən dövlət qeydiyyatı üçün – 7 manat 50 qəpik dövlət rüsumu ödənilir.
Qeyd : Xidmət 30 gün ərzində həyata keçirilir. (əlavə araşdırma aparıldıqda əlavə 30 gün).  

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri əsasında aparılır.

Qəbulda iştirak etmək üçün abituriyentin imtahan nəticəsi minimum 150 bal olmalıdır. Bu şərti ödəyən hər bir şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunu ixtisas seçimi zamanı qeyd edə bilər.

İnstitutda aşağıdakı ixtisaslar üzrə qəbul həyata keçirilir:

·                      Dinşünaslıq

·                      İslamşünaslıq

 

QEYD: Azərbaycan İlahiyyat İnstitutuna İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçməlidirlər.

 

Qabiliyyət imtahanı:

 

·         Qabiliyyət imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədi ilə yaradılan Dini-Psixoloji Komissiya tərəfindən keçirilir və müsahibə formasındadır.

·         Bu imtahanda abituriyentin:

o    Ümumi bilikləri;

o    Dini təsəvvürləri;

o    Psixoloji durumu;

o    Yaradıcı təfəkkürü qiymətləndirilir.

·         Nəticə “məqbul” və ya “qeyri-məqbul” formasında qiymətləndirilir.

 

Qəbul prosesi:

 

·         Qabiliyyət imtahanından “məqbul” qiymət alan abituriyentlər, DİM-in müəyyən etdiyi müddətdə ixtisas seçimi edib ərizələrini təsdiq etməlidirlər.

·         Ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.

 

Təhsil forması: Qəbul olan tələbələr təhsili tamamilə dövlət sifarişi əsasında, yəni ödənişsiz formada alırlar.

        Qanuni əsas: 

  • “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılığın alınması tələb olunur;
  • “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsi;
  • Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.9-6-cı bəndi;
  • “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 4-cü bəndi.

 

Müraciət ünvanı və qaydası:

 

  • İxtisaslaşdırılmış satış məntəqəsinin yaradılması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edilir;
  • Ərizə “İnzibati icraat haqqında” Qanunun 29-cu və 30-cu maddələrinə uyğun tərtib olunur.

 

Ərizəyə əlavə olunmalı sənədlər:

 

1.  Ərizəçi fiziki şəxs olduqda:

-  Soyadı, adı, atasının adı;

-  ünvanı (qeydiyyat və faktiki yaşayış);

- ixtisaslaşdırılmış satış məntəqələrinin olduğu ünvanı təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

- ərizəçinin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmasını təsdiq edən şəhadətnamə.

 

2.  Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda:

-  Hüquqi şəxsin adı;

-  dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

-  hüquqi şəxsin hüquqi ünvanı (daimi fəaliyyət göstərdiyi yer) və qeydiyyat nömrəsi;

-  hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

-     ixtisaslaşdırılmış satış məntəqələrinin olduğu ünvanı təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

 

3.  Müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə:

-  soyadı, adı, atasının adı;

-  yaşadığı yer;

-  vəkalətnamə haqqında məlumatlar;

-  İxtisaslaşdırılmış satış məntəqələrinin olduğu ünvanı təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

 

4.  Ərizəçi fərdi sahibkar olduqda:

-  soyadı, adı, atasının adı;

-  ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

-  ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;

- İxtisaslaşdırılmış satış məntəqələrinin olduğu ünvanı təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

 

Qeyd: Əgər tələb olunan sənədlər “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə əldə edilə bilmirsə, həmin sənədlər ərizəçinin razılığı ilə müvafiq dövlət qurumundan sorğu əsasında alınır və ya ərizəçi tərəfindən təqdim edilir (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən).

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Kollegiya Qərarı ilə təsdiq edilmiş  “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

1.    Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

2.    Tərcümeyi-hal;

3.    Dini ali və orta ixtisas təhsili haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

4.    Sağlamlıq haqqında arayış;

5.    Narkoloji dispanserdən arayış;

6.    Ruhi-əsəb dispanserindən arayış;

7.    Məhkumluq barədə arayış;

8.    Foto (3x4) (4 ədəd);

9.    Ərizə;

10. Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiya Qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 5-ci bəndinə əsasən:

 

  • Müsahibənin nəticələri müsahibənin keçirildiyi gündən etibarən 5 iş günü ərzində Komitənin rəsmi internet saytında yerləşdirilir.
  • Müsahibədən uğurla keçmiş namizəd müsahibənin bitməsindən sonra 30 iş günü ərzində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə (məscidə) və ya ziyarətgaha din xadimi kimi təyin olunur.
  • Vakant vəzifəyə təyin edilmək üçün Komitə sədrinə təqdim olunmuş, lakin hələ təyin edilməmiş namizədlər iki il müddətində Dövlət Komitəsində din xadimlərinin ehtiyat kadrlar siyahısına daxil edilir.