22.05.2018
Zığ qəsəbəsində “Azərbaycan Respublikası Xalq Cümhuriyyəti dövründə Azərbaycan mədəniyyəti" mövzusunda tədbir keçirilib
Mayın 22-də Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu birgə təşkilatçılığı ilə Zığ qəsəbəsi 317 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Xalq Cümhuriyyəti dövründə Azərbaycan mədəniyyəti" mövzusunda tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Həbibə Qəribova və Hatəm Gülməmmədov, Azərbaycan Tarix Muzeyinin böyük elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova, Zığ qəsəbəsi 317 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı R.Məmmədov bu tarixin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun təntənəsi olduğunu vurğulayıb.
Azərbaycan Tarix Muzeyinin böyük elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru N.Yusifova qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları H.Gülməmmədov və H.Qəribova bildiriblər ki, AXC dövründə hər kəsin istədiyi dinin qaydalarına riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların işində sərbəst iştirak etmək, habelə heç bir dini qəbul etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürmüşdür.