Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.05.2016

“Zərərli vərdişlərlə mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Mayın 18-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonu 153 saylı tam orta məktəbdə “Zərərli vərdişlərlə mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Bakı şəhəri üzrə şöbənin əməkdaşı Novruz Nuriyev, Yasamal Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov, məktəbin direktoru Təranə Paşayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizdə olan tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu və dünyada bu anlayışın alternativi olmadığını dinləyicilərin diqqətinə çatdırıb. C.Əliyev daha sonra mövzu ilə bağlı çıxış edərək, zərərli vərdişlərin cəmiyyətimizdə bir çox bəlalara yol açdığını bildirib, gələcəyimizin qarantı olan yeniyetmə və gənclərimizi bu cür vərdişlərdən uzaq durmağa çağırıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev, məktəbin direktoru Təranə Paşayeva, direktor müavini Mətanət Cəfərova əsası Ulu Öndər  Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurla davam etdirilən multikulturalizm siyasətinin ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin bərabərhüquqlu şəkildə, bir ailə kimi yaşamasının təminatçısı olduğunu bildirərək mövzu ilə bağlı öz fikirlərini qeyd ediblər.