Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.10.2018

Zərdabda “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilib

Oktyabrın 30-da Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilib.

Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə Mərkəzin müdiri vəzifəsini icra edən Əsli Hümmətli, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, rayon Gənclər və İdman Mərkəzinin aparıcı məsləhətçisi Ələkbər Kərimov, rayon Mədəniyyət Mərkəzinin müdiri Elnurə Məmmədova, MM-nin bədii rəhbəri Əliniyyət Əliyev, rayon Heydər Əliyev mərkəzinin müdiri Könül Rəhimova, orta məktəb şagirdləri və valideynlər iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, erkən nikah uşaqların təhsil hüquqlarının pozulması baxımından, erkən yaşda nikaha daxil olan qızlar tərəfindən dünyaya gələn uşağın sağlamlığında, onun düzgün tərbiyə edilməsində ciddi problemlər yaratdığından, həmçinin rəsmi nikah olmadığı üçün sonradan hüquqi problemlərin meydana gəlməsinə şərait yaratdığına görə çox ciddi sosial problem hesab olunur. Eyni zamanda “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin uşaqların hüquqlarının səmərəli təliminə, təbliğinə və uşaqların fəallığına xidmət etdiyi bildirilib.

Tədbirin sonunda diskussiya təşkil olunub, çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.