Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2017

Zərdabda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Dekabrın 8-də Zərdab rayonu Gənclər və İdman idarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının on dördüncü ildönümü ilə bağlı “Tarix yazan şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Zərdab rayonu Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açıb, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu, çətinliklə əldə olunan müstəqilliyin qorunub saxlandığını diqqətə çatdırıb. Ə.Kərimov dahi şəxsiyyətin həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlılığını xüsusi qeyd edərək vurğulayıblar ki, Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə qaldırmağı bacarıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.