06.06.2016
Zərdabda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib
İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib. Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, RİH başçısının müavinləri və əməkdaşları, dini icmaların sədrləri, din xadimləri, ziyalılar, yerli icra və bələdiyyə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, eləcə də fəal ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib və qarşıda duran vəzifələrdən danışıb. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işləri, ölkəmizdə dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dünyəvilik əsasında tənzimlənməsini xüsusilə vurğulayıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev görüşdə çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği və düzgün dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Ölkə başçısı cənab İlham Əliyevin dünyada sabitlik adası olan Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər bu sahədə görülən işlərdən danışıb.
Görüşdə çıxış edən dindarlar ölkəmizdə bu sahədə görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.



.jpg)