Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2017

Zərdabda "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirilib

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Zərdab şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzi və Zərdab rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqlar ailənin möhkəmliyi və xalqın gələcəyidir” mövzusunda tədbir keçirilib.
Zərdab şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Ləman Səfərəliyeva, Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov, eləcə də məktəb şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı dövlət tərəfindən uşaqların təhsili, sağlamlığı və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində  görülən işlərdən danışılıb. Eyni zamanda “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin uşaqların hüquqlarının səmərəli təmininə, təbliğinə və uşaqların fəallığına xidmət etdiyi vurğulanıb.